|
Yaranma tarixiİlk avtomobil cizgiləri Leonardo da Vinçiyə aid edilir. 1447-ci ildə o, əzələ gücü ilə hərkətə gətirilə bilən zirehli arabanın layihəsini işləyir. 1600-cü ildə hollandiyalı riyaziyyatçı Simon Stevin külək enerjisi ilə işləyən 30 nəfəri nəql etməyə imkan verən araba düzəldir. 1769-cu ildə fransız ixtiraçısı Kuno (Nicholas Cugnot) ilk dəfə olaraq buxarla işləyən hərbi avadanlıqları dartamq üçün üç təkərli araba düzəldir. Onun bu maşını nəinki avtomobilini, hətta paravozun əcdadı hesab edirlər. XİX əsrin əvvəlində yığcam və güclü daxili yanma mühərriklərinin yaranması ilə avtomobilqayırmanın inkişafı üçün geniş imkanlar açılır. 1885-ci ildə alman mühəndisi Daimler, 1886-cı ildə isə onun həmkarı Benç ilk dəfə olaraq benzinlə işləyən, özü hərəkət edən maşınları ixtira edərək patent alırlar. 1895-ci ildə Benç öz ilk avtobusunu düzəldir. XİX əsrin sonunda avtomibil sənayesi üçün amerikalı sənayeçi Fordun işləri böyük rol oynamışdır. O ilk dəfə olaraq sənayedə axın xəttini tətbiq etmiş və bunla da istehsalatda işin təşkilinin yeni formasını tətbiq etmişdir. Onun düzəltdiyi avtomobillər uzun müddət şöhrət gazanmışlar. Avtomobillərin çoxu o zaman Mersedes-Simplex modeli əsasında hazırlanırdı. Bu avtomobil qabaqda yerləşdirilmiş bir mühərrikdən, ötürmə və hərəkəti çarxalara ötürən vallardan ibarət idi. 1888-ci ildə Zigfried Markus (Siegfried Marcus) Benç və Daimlerdən asılı olmayaraq dördtaktlı mühərriklə işləyən avtomobili düzəldir və patentləşdirir. Bu gələcək avtomobilin xüsussiyyətlərinin əksəriyyətini özündə əks etdirən bir maşın idi. İlk sürət rekordunu 1898-ci ildə fransız Gaston de Chasseloup-Laubat elektrik avtomobildə 64,14 km/saat sürətlə hərəkət edərək vurur. 1891-ci ildə Fransada Pegeot avtomobil zavodu yaradılır. 1892-ci ildə alman mühəndisi Rudolf Diezel öz yeni mühərriki üçün patent alır və bununla Otto prosesini modifikasiya etmiş olur. 1899-cu ildə Camille Jenatzy“La Jamais Contente” elektrik avtomobilində 100 km/saat sürətini əldə edir.
"La Jamais Contente" 1899
XIX əsrin sonunda kolbalı mühərrikin tətbiqinə qədər bir neçə müxtəlif ötürmə növləri bir-biri ilə rəqabətdə idilər. 1900-cu ildə məlum olan rəqəmdən bu aydın görünür: Cəmi 4192 avtomobildən: 1688-ci buxar avtomobilləri, 1575-ci elektrik avtomobilləri, 929-u isə benzinlə işləyən avtomobil idi. 1920-ci ilə qədər davam edən bu rəqabətdən benzinlə işləyən avtomobillər qalib çıxır. Benzinin neftdən asan və ucuz alınması onun üstünlüyünü göstərmişdir. Daha sürətlə və uzaq məsafəni qət etmək elə ilk vaxtlardan avtomobilqayıranların qarşısında duran əsas məsələ olub və bu gün də öz aktuallığını itirməmişdir.
|
This article is from Wikipedia. All text is available under the terms of the GNU Free Documentation License.